XEYRİYYƏ CƏMİYYƏTLƏRİ

(rus analoqu благотворитeльноe общeство) əhali arasında mədəni-maarif işləri aparan (yəni nə siyasi, nə də kommersiya təmayülli olmayan) müxtəlif istiqamətli (təhsil, incəsənət, kitabxanaçılıq və s.) təşkilatlar. 1905-ci il inqilabdan sonra Sovet işğalına qədər Azərbaycanda: “Nəşrimaarif”, “Nicat”, “Səfa”, “Səadət”. “Həmiyyət” X.C. –ləri mövcud omuşlar. X.C.-nin əsas məqsədləri teatr truppaları təşkil etmək, yoxsul şagird və tələbələrə yardım göstərmək, kitabxana, qiraətxana, məktəb açmaq və s. olmuşdur. 1919-cu ildə Bakıda konkret peşə təyinatlı X.C. təsis edilmişlər, o cümlədən: “Müəllimlər İttifaqı”, “Aktyorluq İttifaqı”, “Təlim və tərbiyə əncüməni”, “Tərəqqi” və s.
XATA
XUNTA
OBASTAN VİKİ
Xeyriyyə
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Vaqiəyi-Xeyriyyə
Vaqiəyi-Xeyriyyə (Yaxşı Hadisə) — 16 iyun 1826-cı ildə Osmanlı sultanı II Mahmud tərəfindən Yeniçəri ocağının artilleriya atəşinə tutulması və sağ qalanlarının isə edamı ilə nəticələnən hadisələrə verilən addır. Ruse deputatı, Ələmdar Mustafa Paşa və ardıcılları 1807–1808-ci illərdə baş vermiş Kabakçı Mustafa üsyanı zamanı hakimiyyətdən salınmış Sultan III Səlimi yenidən taxta çıxarmaq üçün bəzi danışıqlar aparmağa başladılar. Nəhayət 16000 nəfərlik bir ordu ilə İstanbula gedən Ələmdar Mustafa Paşa Hacı Əli Ağanı İstanbula göndərdi və Kabakçı Mustafanı öldürdü (19 iyul 1808). Ordusu ilə İstanbula gələn Ələmmdar Mustafa Paşa, bir çox qiyamçını öldürdükdən sonra Babıalıya gəldi. Arif Əfəndini (Ərəbzadə) şeyxülislam etdikdən sonra saraya getdi. Sultan IV Mustafa, Ələmdar Mustafa Paşanın Sultan III Səlimi padşah etmək üçün gəldiyini söyləyən şeyxülislamı qovdu və qardaşı Şahzadə Mahmudun və əmisi Sultan III Səlimin öldürülməsi əmrini verdi. Sultan III. Səlim dərhal öldürüldü. Şahzadə Mahmud, cariyələrin və xidmətçilərinin köməyi ilə sarayın damına qaçırıldı. Ələmdar Mustafa Paşa, Sultan IV Mustafanı taxtdan endirərək taxta II Mahmudu gətirdi. Sultan II Mahmud, taxta çıxmasına səbəb olan Ələmdar Mustafa Paşanı sədrəzəm (böyük vəzir) etdi.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir. Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
Xeyriyyə (Armudlu)
Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir.
Zəngəzur Cəmiyyətləri Birliyi
Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№176).[mənbə göstərin] İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.[mənbə göstərin] 2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.[mənbə göstərin] Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının (müəllif H.Nərimanoğlu) Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının (müəllif H.Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.[mənbə göstərin] 2022-ci ildə QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Birlik həm də “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın Zəfəri”, “Şuşa-270” kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 63 informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə). Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Rus Xeyriyyə Cəmiyyəti
Rus Xeyriyyə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətlərindən biri. 1875-ci ildə yaradılmışdır. 1918-ci ildə cəmiyyətin 123 oğlan və 138 qız üçün uşaq evi, 66 kişi və qadın üçün qocalar evi vardı. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq Nazirliyinin köməyi ilə və cəmiyyətin vəsaiti hesabına saxlanırdı. Nazirlik ayda hər nəfərə 200 rubl ayırırdı. 1919-cu il oktyabrın 1-dən "Uşaq bağçası" adlı yetimxana da "Uşaqlara yardım bürosu"ndan alınıb bu cəmiyyətə verilmişdi. Uşaq evi nəzdindəki 2 sinifli məktəbdə 6 müəllim işləyirdi. Əl əməyi emalatxanalarında uşaqlara xarratlıq, çəkməçilik və dərzilik öyrədilirdi. Cəmiyyətin idarə heyətinin sədri V.Klementyev idi. Azərbaycan Xalq Cümhuriyyəti Slavyan-rus cəmiyyəti Адрес-календарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.
Əlincə Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq — 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq — 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Azərbaycan Qadın Xeyriyyə Cəmiyyəti
Azərbaycan qadın xeyriyyə cəmiyyətlləri — XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. == Fəaliyyəti == Azərbaycanda 1908-ci ildə ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu tip qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur. Təhsilli müsəlman qadınlar(onlar isə görkəmli çar məmurları, generalları, iri sənayeçilərin arvadları və qızları idi) təkcə yoxsullara yardım etmək üçün bir yerə yığışmamışdılar. Gənc qadınlar qarşılarında məqsəd qoymuşdular: qadınların mədəni səviyyəsini qaldırmaq, onlarda elmi biliklərə həvəsi oyatmaq. Qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri isə məşhur sahibkar Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Tuqanova olmuşdur.
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Bakı İslam Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Bakı Erməni Xeyriyyə Cəmiyyəti
Bakı Erməni Xeyriyyə Cəmiyyəti (erm. Բաքվի Հայոց Մարդասիրական ընկերություն) — Bakının erməni icması tərəfindən qurulan və idarə olunan xeyriyyə təşkilatı. 1863–1864-cü illərdə yaradılmış və Qafqazda ilk xeyriyyə təşkilatı olmuşdur. 1870-ci ildə Bakıdakı ilk kitabxana (Qafqazın ən böyüyü) və nəşriyyat evinin əsasını qoymuşdur. == Tarixi == Cəmiyyət doktor David Rostomyan və Movses Zohrabiants tərəfindən təsis edilib. Bina Gimnaziçeskaya küçəsi 195 (indiki Tolstoy küçəsi) ünvanında tikiləcəkdi. Erməni Xeyriyyə Cəmiyyətinin nizamnaməsini yazan Rostomyan, cəmiyyətin qurulması üçün Bakının yerli hökumətinə petisiya təqdim etmişdi. Müraciət qəbul edildikdən sonra Cəmiyyətin qurulması üçün vəsait Bakıdakı varlı ermənilərin ianələri və qəbul və üzvlük haqları hesabına təmin edilib. Cəmiyyətin ümumi məqsədi yoxsullara yardım etmək, kitabxanalar və məktəbləri tanıtmaq və tikmək, təqaüdlər üçün vəsait toplamaq, kitab nəşr etmək və cəmiyyətin ümumi rifahını yaxşılaşdırmaqdan ibarət idi. 1895-ci ilə qədər təşkilat 1440 şagirdin olduğu on doqquz məktəbə subsidiya vermişdi.
Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti
Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti (erm. Կովկասի հայոց բարեգործական ընկերություն; rus. Кавказское армянское благотворительное общество) — erməni qaçqınlarına kömək məqsədilə 1881-ci ildə yaradılan və 1921-ci ilə qədər fəaliyyət göstərən xeyriyyə və mədəni-maarif təşkilatı. Cəmiyyət 15 noyabr 1881-ci ildə Tiflisdə, Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlıdan Cənubi Qafqaza köçən erməni qaçqınlarına kömək məqsədilə qurulmuşdur. Cəmiyyətin yaradılmasının təşəbbüskarı, fəxri sədri olan Bağrat Navasardyan olub. Yazıçı Qabriel Sundukyan da cəmiyyətin yaradılmasında fəal iştirak edib. Cəmiyyətin nizamnaməsinin ilkin versiyası Qafqaz və Qərbi Ermənistan ermənilərinə yardım təklif edirdi, lakin buna baxmayaraq Qafqaz canişini Mixail Nikolayeviç Romanov, Qərbi Ermənistandakı siyasi məqsədlərin fəaliyyətini nəzərdən keçirdi və sonda yalnız Qafqaz ermənilərinə kömək etdi. Redaktə olunmuş nizamnamə 6 oktyabr 1881-ci ildə təsdiq edildi və "Mşak" qəzetində nəşr olundu. Cəmiyyətin rəsmi açılışı Artsruni Teatrında baş tutdu. 1899–1908-ci illərdə cəmiyyətin fəaliyyəti qismən məhdudlaşdırıldı: filialların olması qadağan edildi, yalnız rus dilində yazışmalar aparmaq tələbi qoyuldu.
Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti — Valideynlərini itirmiş uaşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri-hökumət xeyriyyəçilik qurumu. == Yaradılması == Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti 1914 il noyabrın 21-də təsis edilmişdir. Təsisçi Rəhilə Hacıbababəyova idi. == Tərkibi və Fəaliyyəti == M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci dünya müharibəsi (1914–18) illərində Rusiyaya əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917 ilin oktyabrında Liza xanım Muxtarovanın (neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun həyat yoldaşı) sədrlik etdiyi Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdır. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi biçmə və tikiş üzrə dərslər keçirilirdi. 1918 ilin qanlı mart qırğınları zamanı məktəb öz fəaliyyətini dayandırmışdı.
Seyid Sədullanın xeyriyyə idarəsinin portalı
Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın xeyriyyə idarəsinin portalı — Azərbaycanın paytaxtı Bakıda, İçərişəhər yaxınlığında, Filarmoniya bağında yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi. == Tarixi == Filarmoniya bağındakı bu abidə sufi şeyxi Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın tikdirdiyi və o dövrdə xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş binanın qorunub saxlanılmış portalından ibarətdir. Tikilinin üzərində bu abidənin tarixi və fəaliyyəti haqqında bir neçə kitabə var. Kitabələrdəki yazılarda Seyid Cəmaləddinin və Seyid Sədullanın adları çəkilir. Bunlar tarixi şəxsiyyətlərdir. Seyid Cəmaləddin, tarixi mənbəıərə əsasən, Eynəzzaman Cəmaləddin Gilidir (yəni, Gilanlıdır). O, Şeyx Səfinin Şeyx Zahid adıyla tanınmış ustadı Tacəddin İbrahimin mürşüdü (müəllimi) olmuşdur. Həyatının çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi (tələbəsi, davamçısı) Seyid Sədullanı Bakıya göndərmişdir. Hazırda Lənkəran-Astara yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerli camaat tərəfindən "Seyid Cəmaləddin piri" adlanan abidə var. == Kitabələr == Abidənin üzərində bir neçə yazılı daş kitabə yerləşir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir. O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır. 5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər. IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.